Hər evdə ayrı əhvalat var
Bil sən: tamah qəti sevmir kartel
Bakı altı çürük, üstü zərlidir
Qara qızıl? Qara qızın dərdidir
Qalx zirvəyə düzmədən cəsəddən nərdivan
Arzum 4x4 dost, dörd divar
Dollar, avro, manat ya dinar
Tək qaş daş, min cild cüt tuman
RG-nin elədiyi söhbətə bax
Kişilərin indi qeybəti var
Ət, qənd, çörək, yazılan töhməti var
Bərkdən gülək, qəm kasıba fərdidir
Xanım var mininə dəyən qeyrəti
Göz dolduran (ala) qaməti var
Ucuzdur bir şey varsa qiyməti
Məgər hər kəs yaşayır necə sərf edir
Nədir bu maraq, qəti olaraq
Necə və ya neçə gəlir gəlir saatda
Playboy avara, instaya qoyulan salatlar?
Nədi trend? Bas share-i çox fanatlar
Bu brend luxury-yə can atmaq?
Güzgüyə baxan yox, bəlkə günahkar selfie-dir?
Tanrım, qınama gəl bu səfər istisna olsun
Bəndən çox çəkir ki, dərdi tüstüsündə boğsun
Özlərəm, şəhzadəm istərəm yanımda olsun
Gülüm verdiyim güllər imkan vermə solsun
Bir gün əriyər aradakı səbəbsiz son buz
Ana, nə olar duaların üstümdə olsun
Bu sətirlərin ünvanı sürgün
De ki, haqq axtarır kimsə soruşsa
Bu avamı haranın səfilidir?
Hər inanca hörmət et, peyğəmbərlər yaradının səfiridir
Sual, dua tanrıyaysa, nə fərqi bəndə oxuyur ərəbcə ya ivriti?
Bizlə min bir gecə him-cim, qızlar, intim
Bir də qoynuna girən dost ilan çıxar
Aç sandığı, tök pambığı bil
Düşdüyün nəyin zibilidir!
İfritələrin xətrinə dəymək olmaz, oğul
Bu oyundan da uzaq dur sonra
Düzünü yazmaq adamı qocaldır
Bizlə başlayanların yarsı torpaq altında
Bilirsən bəlkə bu yaşananlar
Nəyik bilinmir, yox iz elimdə
Gizlədirlər nəylə hibritik
Nə qədər sirlidirsə dünya
Şeytan çıxacaq, çaxacaq kibriti
Tanrım, qınama gəl bu səfər istisna olsun
Bəndən çox çəkir ki, dərdi tüstüsündə boğsun
Özlərəm, şəhzadəm istərəm yanımda olsun
Gülüm verdiyim güllər imkan vermə solsun
Bir gün əriyər aradakı səbəbsiz son buz
Ana, nə olar duaların üstümdə olsun